Gəncədə avtobusdan 37 min manatlıq oğurluq olub

Gəncədə avtobusdan 37 min manatlıq oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.info  verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Gülüstan qəsəbəsindəki dayanacaqda M.Məmmədova məxsus “MAN” markalı avtobusdan 37.430 manat dəyərində 58 ədəd oturacaq, 1 ədəd kondisioner kompressoru, 9 ədəd təkər və 9 ədəd disk oğurlamaqda şübhəli bilinən dayanacağın gözətçisi Gəncə şəhər sakini Q.İmanov və qohumu M.Məmmədov saxlanılıblar.
Araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti