Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
Kərim Vəliyev təltif edildi
Prezident:
Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Avro və rubl ucuzlaşdı, dollar isə... –
YENİ MƏZƏNNƏ
SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Rusiya və İran arasında böyük RAZILAŞMA:
2 aydan sonra BAŞLAYIR
Bu məhsullar vergidən azad olundu
G7 liderlərindən Ukraynaya böyük dəstək:
Rusiyaya qarşı sərt sanksiyalar gəlir
Magistratura imtahanlarında ölkə birincisi məlum oldu
Əvvəlki
Sonrakı
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
8 yaşlı Fərəhin intiharı, yoxsa qətli? -
Dəhşətli faciənin və anasına verilən işgəncənin TƏFƏRRÜATI
2020-ci ilin noyabr ayının 27-də Bakıda dəhşətli bir hadisə baş vermişdi. Nizami rayonu ərazisində 8 yaşlı Fərəh yaşadıqları binanın 13-cü mərtəbəsindən düşərək faciəli şəkildə həyatını itirmişdi.
Sonra məlum oldu ki, Fərəhin atası və anası arasında uzun müddətdir davam edən problemlər var imiş. 8 yaşlı Fərəhin anasının atası tərəfindən mütəmadi olaraq döyülməsindən bezərək intihar etdiyi bildirilir. Lakin 8 yaşlı uşağın intihar qərarı verməsi də bir çoxları tərəfindən qəbul edilmir. Elə Fərəhin anası Dilarə Bağıyeva da bununla razılaşmır. Amma istintaq orqanı Fərəhin intihar etməsi qənaətinə gəlib.
Sozcu.info xəbər verir ki, mütəmadi olaraq döyülən, işgəncələrə məruz qalan Dilarə Bağıyeva bununla bağlı rəsmi qurumlara dəfələrlə şikayətlər edib.
Fərəhin atası Vahid Nadirov isə sadəcə həyat yoldaşını döyməkdə, ona işgəncə verməkdə ittiham olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 133.1-ci (mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə ittiham irəli sürülüb.
İş Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə araşdırılıb.
Dilarə Bağıyevanın döyülməsini araşdıran istintaq orqanı belə qənaətə gəlib ki, Vahid Nadirov arvadını birgə yaşadıqları müddət ərzində güclü fiziki ağrılar və psixi iztirablar verərək mütəmadi olaraq söyərək, yumruq və təpiklə döyüb. Səbəb isə Dilarə Bağıyevanın ərinə mənzilin xərclərini tam təmin etməməsi, qazandığı pulları spirtli içkiyə xərcləməsi, başqa qadınlarla münasibətdə olması, evə gec gəlməsi ilə bağlı iradları tez-tez bildirməsi olub.
Bu mübahisə və davanın sonuncusu 2020-ci ilin 27 noyabrında baş verib. Vahid Nadirov arvadını saçından tutub başını mənzilin döşəməsinə çırpıb, yerlə sürüyərək yumruq və təpiklə döyüb.
Vahid Nadirov məhkəmədəki ifadəsində arvadı ilə aralarında sonuncu dəfə baş verən mübabhisəyə səbəb kimi hamamdakı duş kabinəsinin şüşəsinin sınmasını göstərib. Deyib ki, qapı sındığı üçün əli kəsilib, buna görə də arvadı ilə mübahisə ediblər.
“Fərəh aramıza girib “ata, bəsdir, bəsdir” dedi. Mən də Fərəhə “anan sakit olsun, mən də sakit olacam” dedim. Dilarə Fərəhə dedi ki, babasına zəng eləsin. Mən telefon xəttini qopardım. Sonra evdən getmək istəyəndə ikisini də saxladım.
Fərəhi digər otağa saldım. Biz mübahisə edirdik. Nə qədər Dilarəyə səsini kəsməsini desəm də, səsini kəsmirdi. Mən mətbəxə girib qapını bağladım. Dilarə də koridorda idi. Təxminən yarım saat sonra Dilarə “Fərəh, Fərəh” deyə qışqırdı. Otağa girəndə Fərəhi tapmadım. Ayaqyalın liftlə aşağı düşdüm. Dilarə də pilləkənlərlə düşürdü. Həyətin arxasına baxdım, uşağı görmədim. Qonşu qışqırıb uşağın eyvanın beton çıxıntısının üzərinə düşdüyünü dedi. Polislər gəldi, Dilarə də blokun qabağında dayanıb “uşağı sən öldürdün” deyərək qışqırırdı”,- Vahid Nadirov özünü müdafiə edərkən bildirib.
Dilarə Bağıyeva ifadəsində bildirib ki, Vahidlə 2010-cu ildə ailə həyatı qurublar. Bir ay sonra ərinin içki aludəçisi olduğunu bilib. Buna görə də dəfələlər mübahisələri olub:
“Vahid dəfələrlə uşağın gözü qarşısında məni döyüb, işgəncə verib. Fərəh hər dəfə araya girib “ata, anamı döymə, anamı burax” deyərək ağlayıb”. Boşanmaq istəmişəm. Zəng edib deyib ki, səni də, ailəni də öldürəcəm. Qorxumdan boşanmamışam. Məni döydüyünə görə 2017-ci ildə polisə müraciət etdim. Sonra qorxudan şikayətimi geri götürdüm”.
Dilarə Bağıyeva məhkəmədə hadisə günü baş verənləri belə danışıb:
“Dəfələrlə dava-dalaşımız olub. Mübahisə eləməyə bəhanə axtarırdı. Hadisədən bir neçə gün əvvəl evin qapısına baxıb “bu nə qapıdır qoyublar, bu necə qapıdı düzəldiblər” dedi. Mən də cavab verdim ki, usta adamsan, bəyənmirsənsə, təmir edərsən. Qışqırdı ki, səsini kəs. Məni divara dirəyərək öldürəcəyini dedi. Ona cavab qaytarırdım.
Vahid məni divara dirəyib boğurdu. Boynumu qaçıranda az qalmışdı ki, boynum qırılsın. Fərəh aramızda qalıb yalvarırdı ki, məni öldürməsin. Məni yatağa atdı, üstümə çıxıb yenə boğmağa başladı. Burnumu, ağzımı tutmuşdu ki, səsimi çıxara bilməyim. Sonra ayaqlarımdan tutub yerə atdı. Yerdə də döyməyə başladı. Fərəh gəlib bizi birtəhər ayırdı. Vahidə dedim ki, qurban olum, evə gəlmə, imkan ver mən də özümə gəlim, sən də. Vahid isə bundan sonra acığa hər gün evə gələcəyini dedi. Hadisə baş verən gün yenə evə içkili gəldi. Hamamda olanda duş kabinəsinin şüşəsi qırıldı. Əli kəsilmişdi. Bunun acığını bizdən çıxamağa başladı. Mətbəxə keçəndə məni divara dirədi. Qarnımdan yumruqla vurdu. Saçımdan tutub sürüyə-sürüyə yataq otağından çıxardı. Qızım da qaçıb yanıma gəldi. Başımı yerə vurmağa başlayanda burnumdan qan açıldı. Fərəh ağlaya-ağlaya “anamı öldürmə” deyirdi.
Vahid qulağımı da dişləyib qanatdı. Sonra barmağımdan yapışıb ağzına saldı ki, qopartsın. Fərəh yenə yalvarırdı. Vahid mənim taqətimin qalmadığını, boğulduğumu görüb buraxdı. Fərəhi götürüb getmək istədim. Bizi geri qaytardı. Fərəhi yataq otağına salıb dedi ki, çıxsan, səni öldürəcəm. Mən şok vəziyyətində idim. Yenə məni döyməyə başladı. Başımı yerə çırpırdı. Məqsədi məni öldürmək idi. Bir an məni buraxıb balkona getdi. Balkona getməyi ilə qayıtmağı heç bir dəqiqə çəkmədi. Məni döyə-döyə, yaxamdan tutub balkona aparmaq istəyəndə müqavimət göstərdim. Sonra məni buraxıb şalvarını geyindi. Çıxanda ona dedim ki, etdiklərinə görə cavab verəcəksən”.
Bağıyeva deyir ki, Vahid evdən çıxandan sonra Fərəhin otağına qaçıb, amma Fərəhi tapa bilməyib:
“Birinci fikirləşdim ki, Fərəh qorxusundan gizlənib. Lakin qızımı tapa bilmədim. Yataq otağının qapısını açdıqda pəncərənin önündə asılmış pərdə və pəncərənin açıq vəziyyətdə olduğunu gördüm”.
Onun sözlərinə görə az sonra hadisə yerinə polis əməkdaşları gəlib. Dilarə Bağıyeva qızının ölümündə ərini günahkar bilir. İddia edir ki, qızını balkondan əri atıb. Hətta onu da atmaq niyyəti olub.
Məhkəmə Vahid Nadirovu Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə təqsirli bilib 1 il 6 altı ay müddətinə azadlıqdan məhrum edib. Onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilib.
Oxşar Xəbərlər
İntihar edən 16 yaşlı qız nişanlı imiş
Bakıda 19 yaşlı gənc özünü 16-cı mərtəbədən atıb
Bakıda 25 yaşlı qadın özünü 19-cu mərtəbədən atdı - Yenilənib
63 yaşlı qadın intihar etdi
Xəbər lenti
Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
Kərim Vəliyev təltif edildi
Prezident:
Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Avro və rubl ucuzlaşdı, dollar isə... –
YENİ MƏZƏNNƏ
SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
"Arvadım telefona gec cavab verdi deyə onu döydüm"
Bu ərazilərdə qaz olmayacaq
Kürdəmirdə qəza: xəsarət alanlar var
Rusiya və İran arasında böyük RAZILAŞMA:
2 aydan sonra BAŞLAYIR
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”
Bu məhsullar vergidən azad olundu
G7 liderlərindən Ukraynaya böyük dəstək:
Rusiyaya qarşı sərt sanksiyalar gəlir
Magistratura imtahanlarında ölkə birincisi məlum oldu
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
Bu sürücülər kəmər taxmaya bilər
Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-Fotolar
Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR
Əli Əsədov bu qərarı TƏSDİQLƏDİ
Prezident Administrasiyasında Asim Mollazadə ilə görüş keçirildi
Sələmə pul verən qadını öldürən qazi imiş... -
Qumarda 50 min manat uduzub
Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşdü
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Moskva ətrafında təxminən 60 PUA zərərsizləşdirilib
Məhərrəm ayı başladı
İrandan sonra növbəti hədəfini açıqladı
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
AÇIQLAMA – Tarix də açıqlandı
“İranla saziş əldə edildi, hamını təbrik edirəm!”
Koçaryanın saxlanılma anı sosial şəbəkədə yayıldı
-VİDEO+FOTO
Milli Qurtuluşdan tarixi zəfərə
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
Bu ərazilərdə qaz olmayacaq
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-Fotolar
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı