Şamaxıda partlayış: Ölən var

Oktyabrın 2-də Şamaxı şəhər sakini Mirdaşqın Babayevin yaşadığı evin hamam otağında qaz sızması ilə əlaqədar partlayış baş verib.
Şamaxı Rayon Prokurorluğundan Sozcu.info-ya verilən məlumata görə, partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alması və aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Oxşar Xəbərlər

Xəbər lenti