Fransada çevrilişə cəhd edilib - İstintaq materialı

Fransanın Demokratik Hərəkat Partiyasından olan eks-deputat Remi Daye 2021-ci ildə Fransada dövlət çevrilişi planlaşdırıb.
Sozcu.info xəbər verir ki, bu məlumatı “Le Parisien”qəzeti Dayenin işiylə bağlı aparılan istintaqa istinadən yayıb. Məlumata görə, saxlanılan eks-deputat bütün ölkədə filialları olan terror təşkilatı şəbəkəsinə sahib olub. Təşkilatın hərbi qanadına 63 yaşlı adı çəkilməyən ehtiyatda olan polkovnik-leytenant rəhbərlik edib.
İstintaqa əsasən, Daye Fransada iğtişaşlar planlaşdırıb və güc strukturlarını atəş açmaları üçün provokasiyaya çəkməyə, daha sonra isə hakimiyyəti silah yoluyla ələ keçirməyə cəhd edib. Çevrilişi planlayanların əsas hədəfi Yelisey sarayı, parlament binası, DİN və Müdafiə Nazirliyinin binası, KİV-lərdən birinin redaksiyasını ələ keçirmək olub.
Remi Daye dövlət çevrilişi ilə bağlı özünə ünvanlanan ittihamları rədd edib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}