Bakı sakini küçədə bıçaqlanıb

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Sozcu.info APA-ya istinadən xəbər verir ki, hadisə metronun Həzi Aslanov stansiyasının yaxınlığında baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü Fərzəliyev Azər Bayraməli oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralı çoxlu qan itirib. O, aqonal (canvermə - red.) vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları araşdırma aparır. Hadisəni törədən və ya törədənlərin axtarışı davam etdirilir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}