Bakıda intihara cəhd edən şəxs xilas olunub

Bakıda intihara cəhd olub.
Sozcu.info  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda (Aşıq Molla Cümə küçəsi) intihara təşəbbüs edən şəxsin xilas olunması üçün müraciət daxil olub. Müraciət qəbul edilən kimi FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub.
Xilasedicilərin çevik və peşəkar müdaxiləsi nəticəsində vətəndaş son anda xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}