Çexiya prezidenti iki həftə müddətinə karantinə alınıb

Yeni koronavirus infeksiyasına yoluxduğu üçün Praqadakı Mərkəzi Hərbi Hospitalda olan Çexiya Prezidenti Miloş Zeman, bu xəstəliyə yoluxan bütün ölkənin sakinləri kimi iki həftəlik karantinə riayət etməyə borcludur.
Sozcu.info xəbər verir ki, bunu respublikanın baş sanitar həkimi Pavel Svrçinova deyib.
Onun sözlərinə görə, dövlət başçısınin iki həftə müddətinə karantinə alınması məcburdur.
Karantin müddətini dövlət başçısı Lana sarayında keçirəcək. O, həkimlərin nəzarəti altında olacaq və tibb bacıları 24 saat növbətçi olacaqlar. Prezident iqamətgahının bütün əməkdaşları koronavirus testindən keçiblər.


Oxşar Xəbərlər

Xəbər lenti