Goranboyda biri əcnəbi olmaqla 2 nəfər dəm qazından ölüb

Goranboyda 3 nəfər dəm qazından zəhərlənib. Sozcu.info-un  məlumatına görə, hadisə Şahməmmədli kəndində qeydə alınıb.
Belə ki, üç nəfər dəm qazından zəhərlənib, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılan zaman yolda ölüb. Dəm qazından zəhərlərənən daha bir nəfər isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Ölənlər arasında Türkiyə vətəndaşı da var.
Faktla bağlı araşdırmalara başlanılıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}