Qazaxıstanda bahalaşma əleyhinə etirazlar...

Ümumilikdə təkcə postsovet məkanında deyil, demək olar bütün dünya ölkələrində müşahidə olunan bahalaşma ciddi etirazlarla müşaiyət olunur. Xüsusilə də sosial-iqtisadi cəhətdən o qədər də dayanıqlı olmayan ölkələrdə bu etirazlar siyasi çalarlar almağa başlayır.
Bu günlərdə Azərbaycanın qonşusu Qazaxıstanda baş qaldıran etiraz aksiyaları dünya mətbuatının diqqət mərkəzinə düşüb.
Sozcu.info xəbər verir ki, etirazların əyalət şəhəri olan Janaozendən paytaxt Astanaya və digər iri şəhərlərə sıçraması hazırda Qazaxıstanda baş verənlərə diqqəti daha da artırıb.
Mətbuatda yayılan məlumatlardan belə aydın olur ki, hər şey Janaozen şəhərindəki yanacaqdoldurma məntəqələrində sıxılmış qazın qiymətinin iki dəfəyədək bahalaşaraq, 50-60 tengedən(0.13 dollar) 120 tengeyə(0.27 dollar) qalxamasından başlayıb. Yerli əhali buna etiraz əlaməti olaraq, küçələrə çıxıb.
Məlumatda deyilir ki, ilk olaraq, əhali neft şəhəri olan Janaozenin şəhər administrasiyasının qarşısına toplaşıb və şəhərin mərkəzindəki avtomobil yollarını bağlayıb. Daha sonra etiraz aksiyaları Janaozenin aid olduğu Manqistau vilayətinin digər yaşayış məntəqələrinə yayılıb. Artıq yanvarın 3-nə keçən gecə Qazaxıstanın böyük liman şəhəri olan Aktauda etirazçılar küçələrə axışmağa başlayıb. Şəhər sakinləri mərkəzi meydana toplaşaraq, etiraz şüarları səsləndiriblər. Həmçinin, xəbər verilir ki, etirazçıların bir qismi aeroportdan şəhərə gələn yolu bağlayıblar. Polisin etirazçıları mühasirəyə aldığı qeyd olunur.


Oxşar Xəbərlər

Xəbər lenti