Bərdə sakini ov tüfəngi ilə həmkəndlisini güllələdi

Bərdə Rayon Polis Şöbəsinə yanvarın 22-də Lənbəran kəndi ərazisində kənd sakini S.Hacıyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi İsrafil Hüseynova xəsarət yetirməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən (DİN) Sozcu.info-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Xəstəxanaya yerləşdirilmiş İ.Hüseynov ölüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayətin aləti olan “Adler Arms” markalı ov tüfəngi götürülüb. Hazırda araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti