Beyləqanda ağır qəza: Yaralılar var

Beyləqanda üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sozcu.info xəbər verir ki, hadisə rayonun Eyvazalılar kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan ZİL markalı yük maşını OKA və "Niva" markalı minik maşınları ilə toqquşub.
Nəticədə yük avtomobili və "Niva" markalı minik maşını yoldan çıxaraq su kanalına aşıb.
Qəza nəticəsində avtomobildə olan dörd nəfər xəsarət alıb. Yaralılar Ağcabədi rayon sakinləri 46 yaşlı Səfərov Səfər Rafail oğlu, 42 yaşlı Babayev Ramil Kərim oğlu, Ağdam rayon sakini 53 yaşlı Mehtiyev Əvəz Səfər oğlu və 42 yaşlı Beyləqan rayon sakini Camalov Ceyhun Əsgər oğlu Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanıb./Trend


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}