Məktəbdə gözətçi texniki işçini qətlə yetirib

İsmayıllı rayonunda məktəbdə gözətçi texniki işçini qətlə yetirib.
Bu barədə Sozcu.info-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, hadisə rayonun Basqal kənd tam orta məktəbində qeydə alınıb.
Belə ki, məktəbin gözətçisi olan kənd sakini Bəxtiyar Əhmədli məktəbin texniki işçisi Gülarə Qəhrəmanovanı aralarında baş verən mübahisə zəminində bıçaqlayaraq öldürüb.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məclləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti