Gürcüstanda güclü zəlzələ nəticəsində azərbaycanlının evi dağıldı

Gürcüstanda ötən gün baş verən güclü zəlzələ nəticəsində Dmanisi rayonunun Şahmarlı kəndinin sakini Şaban Qocayevin evinə ciddi ziyan dəyib. Sozcu.info-nun yerli bürosu xəbər verir ki, fərdi yaşayış evinin divarı uçub.
Dmanisi meri Koba Muradaşvili Şahmarlı kəndinə baş çəkib. O bildirib ki, xüsusi komissiya evin dayanıqlığını yoxlayacaq, dəymiş ziyan da hesablanacaq və Qocayevlər ailəsinə kompensasiya ödəniləcək.
Xatırladaq ki, fevralın 13-də yerli vaxtla saat 22:25-də Gürcüstanda 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Episentr Dmanisi yaxınlığındakı Sameba kəndində olub.


Oxşar Xəbərlər

Xəbər lenti