Yeravanda güclü zəlzələ - İnsanlar küçələrə axışdı (VİDEO)


Bu gün Yerevanda 5.1 bal gücündə zəlzələ olub. Sozcu.info xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:28-də baş verib. Zəlzələ bir neçə saniyə davam edib. Şəhərin müxtəlif hissələrindəki çoxmərtəbəli binaların sakinləri vahimələnərək küçəyə çıxıb. Yeraltı təkanların ocağı 2 km dərinlikdə yerləşib. Zəlzələ ocağı Yerevandan 12 km uzaqda olub. Zəlzələ nəticəsində “Petak” topdan satış ticarət mərkəzinin pavilyonuna zərər dəyib, çıl-çıraqları sınıb, binanın divarlarında çat əmələ gəlib. Bildirilib ki, zəlzələ nəticəsində bir neçə yaşayış binalarınının divarlarında çat yaranıb, evlərin pəncərlərinin şüşüələri sınıb.


Oxşar Xəbərlər

Xəbər lenti