Şirvanda ər arvadını güllələyib

Şirvanda qadın əri tərəfindən güllələnib.
Sozcu.info xəbər verir ki, hadisə Şirvan şəhəri “Köhnə şəhər” adlanan ərazidə, Gülbala Şıxbala oğlu küçəsində baş verib.
Ailə münaqişəsi zəminində Şirvan şəhər sakini Elnur Abıyev həyat yoldaşı - 1983-cü il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızını ov tüfəngi ilə vurub.
Qarın nahiyəsində güllə yarası alan qadın Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirlərək əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}