Ukraynada DƏHŞƏT: 28 uşaq ölüb

Müharibənin 8 günü ərzində 28 uşaq rus işğalçılarının silahlarından həlak olub. Eyni zamanda 64 uşaq xəsarət alıb.

Sozcu.info xəbər verir ki, bunu jurnalistlərə Ukrayna prezidentinin uşaq hüquqları və uşaq reabilitasiyası üzrə komissarı Daria Gerasimçuk deyib.

Bundan əlavə, o, bildirib ki, 1 milyon yarıma yaxın uşaq mərmilərdən əziyyət çəkən və mühasirəyə alınan ərazilərdədir.
Onların arasında təcili yardıma ehtiyacı olan kimsəsiz və sağlamlıq imkanları məhdud uşaqlar da var.
Ukrayna hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edərək bildirib ki, bu ölkənin mülki əhalisinin təhlükəsiz təxliyəsi üçün humanitar dəhlizlərin təşkilinə təcili ehtiyacı var.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}