Bakıda şirkət sahibinin meyiti tapıldı

Salyan rayon sakininin Bakıda yaşadığı mənzildə meyiti aşkarlanıb.

Sozcu.info Report-a istinadən xəbər verir ki, meyiti tapılan şəxsin 35 yaşlı Vüsal Məlikov olduğu müəyyənləşib.
Hələlik onun ölüm səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mərhum Bakı şəhərində fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibi olub. O, 4 ay əvvəl ailə qurmuşdu.


Oxşar Xəbərlər

Xəbər lenti