Ukraynanın Luqansk vilayətində bütün xəstəxanalar dağıdılıb

Ukraynada 43 gündür davam edən müharibədə Luqansk vilayətinin bütün xəstəxanaları məhv edilib.
Bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday danışıb.
“Luqansk vilayətində salamat qalan bir xəstəxana belə yoxdur. Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlayandan bu yana regionumuzdakı bütün tibb müəssisələri atəşə tutulub”, - deyə S.Qayday bildirib. (Mənbə: Pravda)


Oxşar Xəbərlər

Xəbər lenti