Bu səhər Bakı metrosunda nə baş verib? - AÇIQLAMA

Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq ehtimalı olub. 
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, bu səbəbdən “Neftçilər” stansiyasında, normativ tələblərə görə, maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüblər və qatar texniki baxış üçün stansiya dalanına verilib:
“Nəticədə xətdə iki dəqiqə yubanma yaranıb. Xəttə əvəzinə qatar verilib”.
***
Bakı metrosunda qatarda nasazlıq olub.
Sozcu.info xəbər verir ki, metronun “Neftçilər” stansiyasında qatarın qapısı bir neçə dəfə açılıb-bağlanıb.
Bu səbəbdən sərnişinlər qatardan boşaldılıblar.
Problemin nədən qaynaqlandığı araşdırılır.


Oxşar Xəbərlər

Xəbər lenti