Bakıda üç xanım özbək qadını DÖYDÜ

Bakıda Özbəkistan vətəndaşı döyülüb.
Sozcu.info xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Naxçıvanski küçəsi, 88 ünvanında baş verib.
Orada kirayədə yaşayan Özbəkistan vətəndaşı, 32 yaşlı Gülyaz Kazakovanı üç qadın döyüb. Onu döyən qadınların adlarının Leyla, Yeganə və Fatimə olduğu bildirilir.
Kazakovanın şikayəti əsasında həmin şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.


Oxşar Xəbərlər

Xəbər lenti