Kürdəmirdə DƏHŞƏTLİ QƏZA: Ölənlər ər-arvad imiş FOTO YENİLƏNİB

Kürdəmirdə baş verən ağır yol qəzasında ölənlərin kimliyi bəlli olub.
Sozcu.info-nun Yuxarı Şirvan bürosu xəbər verir ki, həmin şəxslər Bakı şəhər sakinləri 1961-ci təvəllüdlü Qafarov Pərviz Sərvaz oğlu və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Qafarova Afət Cavad qızıdır.
14:02
Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 204-cü kilometrində, Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə sürücü və onun sərnişini hadisə yerində dünyasını dəyişib.
Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
 

 

 

 

 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}