23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
“Park Bulvar” ticarət mərkəzində yerləşən restoranlardan birində işləyən şəxs müdiri tərəfindən döyülməsi barədə polisə müraciət edib.
Sozcu.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə şikayət edən 1991-ci il təvəllüdlü K.B müdirinin ona qarşı fiziki zorakılıq etdiyini bildirib. O, qeyd edib ki, işlədiyi restoranın rəhbəri, İran vətəndaşı 1969-cu il təvəllüdlü H.Kazemi xuliqanlıq zəminində onu döyərək xəsarətlər yetirib.
İlkin araşdırmalar zamanı barəsində şikayət edilən iranlı iş adamının 1994-cü ildən Bakıda yaşaması və restoran biznesi ilə məşğul olması müəyyən edilib.
Şikayətlə bağlı araşdırmalar davam etdirilir.