17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Xəbər verdiyimiz kimi, bu gün Qəbələ rayonunun Nohurqışlaq kəndində intihar hadisəsi baş verib.
Modern.az-a xəbər verir ki, bu gün toyu olacaq 23 yaşlı Aysun Abdurrahmanlı yaşadığı evin zirzəmisində özünü asıb.
Aysun 2 il imiş nişanlıymış. Bir neçə gün öncə nikahı və qız toyu olub.
Axşamdan toya hazırlıq görüldüyü üçün evdəkilər oyaq olub. Səhərə yaxın Aysunun evdə olmadığını görüb axtarmağa başlayıblar. Saat 5 radələrində isə onun cansız bədənini zirzəmidə tapıblar. Qızın nə üçün intihar etdiyi isə hələlik məlum deyil.
Qeyd edək ki, bir müddət öncə Aysunun əmisi qızı da özünü güllələyərək intihar edib.