İcra başçısına bu maddələr üzrə cinayət işi açıldı – Asif Ağayev korrupsioner ortaqları həbs olunur…- FAKT

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin və ayrı-ayrı vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanan müraciət Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminat şöbəsi tərəfindən araşdırılıb.
RealMedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfinədn aparılmış araşdırmalar zamanı icra başçısı Asif Ağayevin və ayrı-ayrı vəzifəli şəxslərin əməllərində mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını küllü miqdarda təkirarən talama və vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə ağır zərər vurmaqla törədilməsi cinayətlərinin tərkib əlamətlərini işarə edən kifayət qədər dəlillərin olmasını nəzərə alaraq, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün materiallar Baş İdarənin İstintaq idarəsinə göndərilmişdir.
QEYD: Xatırladaq ki, bir neçə ay əvvəl Azərbaycan Respublikasının Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Beyləqan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə ciddi araşdırmalar aparılması barədə yazmışdıq.
RealMedia.az




Oxşar Xəbərlər

Xəbər lenti