Gəncədə Qarabağ qazısı özünü güllələdi


Gəncə şəhərində "Təzə Bazar"ın yaxınlığında, "Çay qırağı" adlanan ərazidə Qarabağ qazisi özünə qəsd edib. 
Hurriyyet.az-ın etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə soyadı Dilimov olan 21 yaşlı qazi özünü güllələyib.
Mənbənin sözlərinə görə, son zamanlar Dilimovun səhhətində ciddi problemlər yaransa da, səhiyyə qurumları onun müalicəsi ilə məşğul olmayıblar.
Xatırladaq ki, mərhum Dilimovun atası da 1992-ci ildə I-ci Qarabağ savaşında şəhid olub.  

Hurriyyet.az      



Oxşar Xəbərlər

Xəbər lenti