Dünya çempionu faciəvi şəkildə ÖLDÜRÜLDÜ


Braziliyanın bütün zamanların ən böyük Jiu-Citsu çempionlarından biri olan Leandro Lo başından güllə ilə vurulandan sonra ölüb.

Şahidlərin dediyinə görə, Lo dostlarıyla oturan zaman onların masasına bir adam yaxınlaşaraq hədə-qorxu gəlib.

Leandro Lo və dostları hadisənin böyüməsinin qarşısını almağa çalışıblar. Kişini sakitləşdirməyə çalışaraq onu yerə yatırıblar. Lakin kişini buraxıldıqdan sonra Lonu silahla vurub.

Şübhəli hadisə yerindən qaçsa da, polisə təslim olub. Ona adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

Lo xəstəxanaya çatdırılsa da vəfat edib.

Qeyd edək ki, Leandro Lo səkkiz dəfə Dünya Çempionatının qalibi olmaqla, bütün dövrlərin ən uğurlu Jiu-Citsu idmançılarından biri idi. 33 yaşlı idmançı beş müxtəlif çəki dərəcəsində səkkiz dəfə dünya çempionatının qalibi olub və bu, bütün zamanların rekordu olub.

Beynəlxalq Braziliya Ciu-Citsu Federasiyası onu "idmanımızın indiyə qədər yetişdirdiyi ən böyük idmançılardan biri" adlandırıb. \\BBC




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}