16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Bakıda 29 yaşlı qadın doğuşdan sonra ölüb.
Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evində baş verib. 1993-cü il təvəllüdlü Ellazova Aygül Sahib qızının vəziyyəti doğuşdan sonra kəskinləşib və o vəfat edib.
Hadisənin həkim səhlənkarlığı ucbatından baş verdiyi bildirilir.
Hadisə ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Qeyd edək ki, qadının yeni dünyaya gətirdiyi körpəsinin səhhəti normaldır.