12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Dünən Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini, Qarabağ qazisi Yusifov Elşən Ələddin oğlunun intihar etməsi ilə bağlı sosial şəbəkələrdə video paylaşılmışdı.
Hurriyyet.az-ın məlumatına görə, məsələ ilə bağlı Reportyor.info-ya açıqlama verən qazinin bacısı Baxşəliyeva Zülfiyyə Ələddin qızı bildirib ki, qardaşının pisxoloji vəziyyəti müharibədən sonra yaxşı olmayıb:
“Mütəmadi müalicə almağına baxmayaraq, qardaşımın vəziyyəti düzəlməyib. Psixoloji gərginlik, şiddətli baş ağrıları onu hər gün müşayiət edir. Hadisə baş verən gün Elşənin ağrıları xüsusilə artmışdı. Buna görə həkimlər tərəfindən ona yazılmış, adını dəqiq bilmədiyim dərmanin 4/1 hissəsini içməli olduğu halda, 11 ədədini içib. Bütün problemlərdən də bundan yaranıb”.