Dünən, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Sozcu.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, oktyabrın 16-na keçən gecə saat 02 radələrində Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 286 saylı orta məktəbin həyətində 34 yaşlı Mətləb Aslanov bıçaqlanıb. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb.
M.Aslanovun gecə saat 2-də məktəbin həyətinə niyə getməsi, kimlə münaqişə etməsi və kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.