87 nömrəli məktəbin 15 yaşlı şagirdi saxlanıldı

Aprelin 18-i sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb.
Sozcu.info 
DİN-in Mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfli yoxlanılıb və iddiaların əsassız olduğu müəyyən edilib.
Davam etdirilən tədbirlərlə paylaşımı edən həmin məktəbdə təhsil alan 15 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.
Qanunvericiliyə uyğun olaraq onun valideynləri polis idarəsinə dəvət edilib, onlarla profilaktik iş aparılıb. Məktəbli ilə bağlı materiallar aidiyyəti üzrə icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyaya göndərilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti