16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Xaçmaz şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən "Opel" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində maşında olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.