8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan İkinci Qarabağ müharibəsindən ötən iki il ərzində sülhə sabitliyini, sülh sazişinin imzalanmasına maraqlı olduğunu əməli fəaliyyətində daim nümayiş etdirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Qubadlı rayonunun bir sıra yaşayış məntəqələrinin və Qubadlı şəhərinin işğaldan azad olunmasını elan etməsi ilə Qubadlı adlı həsrətimizə son qoyuldu.
Üçrəngli bayrağımızın Qubadlı şəhərində ucaldılmasının ikinci ildönümü ərəfəsindəyik və bu Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir.
31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Qubadlı haqqında bu gün azad Qubadlım deyə bəhs etmək qürur hissi yaşadır.
Doğrudur, erməni vandalları rayonun bütün kəndlərini, tarixi binalarını, memarlıq abidələrini söküb, dağıdıb, talan ediblər. Qubadlının işğalı nəticəsində 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. Lakin, Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaqdır.
Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yol həm Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək, həm də insanlar bu yoldan rahat istifadə edəcəklər. Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Qubadlı əvvəlkindən daha gözəl olacaq.
Bu gün dünyanın bütün qütblərində, bütün ölkə və beynəlxalq təşkilatlarda mütərəqqi insanların hamısı etiraf edir ki, gənc müstəqil Azərbaycan Respublikası bəzi dövlətlərin iki-üç əsrdə qazandığı uğur və nailiyyətlərə imza atmışdır.
Fərqanə Mirzəyeva
Suraxanı rayon sakini