16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Bakıda qadın evinə qonaq getdiyi kişini bıçaqlayıb.
"Report"un xəbərinə görə, hadisə noyabrın 2-si saat 2 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Bukitayeva Yelena İvanovna evinə qonaq getdiyi tanışı, 1973-cü il təvəllüdlü Hacıyev Xəzər Rafi oğlu ilə mübahisə edib. Nəticədə o, X.Hacıyevin qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi endirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Y.Bukitayeva isə şübhəli şəxs qismində saxlanılıb.