Rusıyada gecə klubunda yanğın nəticəsində 13 nəfər həlak olub


Rusiyanın Kostroma şəhərindəki gecə klublarından birində baş verən yanğın nəticəsində 13 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, “Poliqon” gecə klubunda baş verən güclü yanğın 3500 kvadrat metr ərazini əhatə edib. Xilasedicilər klubdan 250 nəfəri təxliyə ediblər.

Hadisə nəticəsində 13 nəfər həlak olub. Onların bəzilərinin tüstüdən boğulduğu bildirilir.

Yanğın gecə klubunun müştəriləri arasında qalmaqal düşməsi və nəticədə onlardan birinin qapalı məkanda fişəng atıb qaçması səbəbindən baş verib.



Oxşar Xəbərlər

Xəbər lenti