Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır

Azərbaycanla İtaliya arasında əlaqələrin qurulması ölkəmizin müstəqilliyinin ilk illərinə təsadüf edir. “Belə ki, 1994-cü ildə müstəqilliyimizin bərpasından, cəmi üç il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu və qısa zamanda Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrilmişdi. Bu gün də Azərbaycan İtalya arasında iqtisadi əlaqələrin genişləndirilməsi davam etdirilir.
Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumu keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin, eləcə də “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak etdi.
Cənab Prezident İlham Əliyev forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etmişdir. Dövlətimizin başçısının foruma dəvət olunması və  plenar iclasında bu mövzuda çıxış etməsi ölkəmizə və onun liderinə olan böyük hörmətin nümunəsi kimi qiymətləndirilməlidir. Yaxın keçmişə nəzər salsaq, aydın olur ki, 2020-ci ildə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmaqla iki dövlət arasında çox yüksək səviyyəli münasibətlər yaranıb və bu münasibətlər hər iki ölkənin milli mənafeyinə, strateji maraqlarına cavab verir.Diqqət yetirsək bir daha əminliklə söyləmək olar ki, ölkələrimiz arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf edir. Digər Avropa tərəfdaş ölkələri içərisində İtalya Azərbaycanla həm ticarət, həm də ixracat tərəfdaşı olaraq birinci yerdədir. Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə üçüncü yeri tutur. Buna missal olaraq, 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı cənab Prezident bildirdi ki, Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Dövlət başçısı qeyd etdi ki, “bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür”. Qeyd edilən rəqəmlər Azərbayan ilə İtaliya arasında iqtisadiyyat, ticarət və ixracat sahəsində əlaqələrin ən yüksək səviyyədə olmasının bariz nümunəsidir.
Azərbaycan xalqı əyani olaraq görür ki, bütün bunlar Azərbaycanın enerji siyasəti sahəsində apardığı uğurlu siyasətin daha bir göstəricisidir. Bundan əvvəlki, rəsmi görüşlərdə olduğu kimi, ölkə Prezidentinin İtaliyaya bu səfəri də çox uğurlu bir səfər oldu. Azərbaycan bugünə qədər Avropanı neft və qaz ilə təchiz edirdisə, artıq ölkəmiz enerji siyasətində yeni bir mərhələyəqə qədəm qoyub. Bu, bərpaolunan enerji resursları ilə bağlıdır. Bu istiqamətdə elektrik enerjisinin Avropaya nəql edilməsi üzərində işlər aparılır. Cənab Prezident bərpaolunan enerji sahəsinə sərmayə qoyulmasını  mənəvi öhdəlik kimi qiymətləndirib və  Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavat olduğu qeyd olunub. Ölkə başçısı onu da xüsusi qeyd edərək bildirib ki, 2020-ci il Vətən müharibəsində azad etdiyimiz ərazilərdə Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Rəqəmlərdən aydın görünür ki, ölkəmiz mühüm potensialın inkişaf etdirilməsi mərhələsindədir.
Analiz etdikdə görürük ki, cənab Prezident İlham Əliyevin İtaliyaya ikigünlük işgüzar səfəri son dərəcə uğurlu səfər oldu. Xüsusilə, dövlət başçısının keçirdiyi görüşlər, verdiyi bəyanatlar ölkəmizin beynəlxalq münasibətlər sistemindəki nüfuzunu bir daha təsdiqlədi. Əminliklə demək mümkündür ki,Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çoxtərəfli perspektivlər açır və əməkdaşlığın yeni inkişaf mərhələlərini  müəyyənləşdirir.
Qeyd etdiyim, hətta qısa fikirlərdən bir daha müəyyən etmək olur ki, İtaliya Avropa İttifaqı ölkələri içərisində Azərbaycanın bir nömrəli tərəfdaşıdır. Azərbaycanla İtaliya arasında əməkdaşlıq siyasi, iqtisadi, həm də humanitar sahədə dinamik inkişaf edir. Siyasi analitiklər, eləcə də sadə xalqımız cənab Prezident İlham Əliyevin İtaliyaya səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələ açacağına inamla yanaşır və hər iki xalqın mənafeyi üçün açılan perspektivləri görür.
Elçin Seyfullayev

Suraxanı RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəsi 

 



Oxşar Xəbərlər

Xəbər lenti