17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Mingəçevirdə avtomobillər toqquşub, 6 nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Energetiklər qəsəbəsində baş verib.
Belə ki, "VAZ-2107" və "VAZ-2110" markalı minik avtomobilləri hərəkətdə olan zaman toqquşub. Nəticədə 6 nəfər - 2010-cu il təvəllüdlü İ.Abdullazadə, 1987-ci il təvəllüdlü Samir Abdullayev, 1975-ci il təvəllüdlü Bayram Quliyev, 1972-ci il təvəllüdlü Elçin Xəlilov, 1972-ci il təvəllüdlü Aydın Əkbərov və 1978-ci il təvəllüdlü Qismət Cəmilov xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.