22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
Bakı şəhər Nəsimi rayonu Nizami küçəsində yerləşən “Shaurma N-1” restoranında kütləvi dava olub.
Sozcu.info xəbər verir ki, restoranda şəxsiyyəti məlum olmayan 3 nəfər şəxs xuliqanlıq zəminində oradakı Türkiyə vətəndaşlarını döyüb. Nəticədə Türkiyə vətəndaşı, 1992-ci il təvəllüdlü H. Ayyıldızı və 1996-cı ildə anadan olmuş Y. Kutlu xəsarətlər alıb.
Kütləvi dava zamanı döyülən türkiyəlilərin Bakıda bərbər kimi çalışdıqları bildirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.