16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Bu gün Bakıda daha bir ağır yol qəzası baş verib.
Sozcu.info xəbər verir ki, Böyükşor gölü üzərindən keçən yolda “Mercedes-Benz E-Class” və “Saipa” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən nəqliyyat vasitələri tamamilə yararsız hala düşüb, “Saipa” bir neçə yerə bölünüb.
Hadisə nəticəsində ölüm qeydə alınmayıb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində “Saipa” markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
qafqazinfo.az