16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Bakı Metropoliteni" QSC bu gün "Nizami" stansiyasındakı vaqonlardan birində baş verən nasazlıqla bağlı açıqlama yayıb.
Bununla bağlı "Bakı Metropoliteni"nin açıqlamsında bildirilib ki, "Nizami" stansiyasında vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb:
"Təlimat qaydalarına uyğun baxış təyin edilib. Qatara əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb.
Qatar mənzili sərnişinsiz qət etdiyi üçün iki qatar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb.
Hazırda problemin səbəbləri araşdırılır. Bu barədə əlavə məlumat veriləcək".