16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Bakının Nərimanov rayonunda yanğınla müşahidə edilən partlayış qeydə alınıb.
Sozcu.info APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində qeydə alınıb.
Həmin küçədə yerləşən "Sərin" restoranının yaxınlığından keçən qaz borusunda partlayışla müşahidə edilən yanğın başlayıb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 4 briqadası cəlb edilib.
Alov ətrafa keçməsin deyə restoranın dam örtüyü sökülüb.
Əraziyə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları da cəlb edilib.
Yanğın tam söndürülüb.
Təhlükəsizlik məqsədilə küçədə hərəkət polislər tərəfindən dayandırılıb.