10-05-2024, 10:52
1-05-2024, 15:56
30-04-2024, 14:08
18-04-2024, 19:45
1-04-2024, 15:01
Azərbaycanda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar şimal bölgəsinin yollarındakı vəziyyət açıqlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 (07.01.23 - 2- 08.01.23 - 5) nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.
Xaçmazda 13 (07.01.23 - 4 - 08-01-23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib.
Qubada 15 (07.01.23 - 6 - 08.01.23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 27 avtomobilə zərər dəyib.
yenisabah.az