Bakıda lentə alınmış bu görüntülər gündəm oldu - Video


Bakıda azyaşlının avtomobil yolunda motosiklet sürməsi ilə bağlı görüntülər yayılıb.

Sozcu.info xəbər verir ki, görüntüləri Saleh Nəsirov adlı sosial şəbəkə istifadəçisi öz hesabında paylaşıb.

O bildirib ki, görüntülər 16 yanvar saat 13:13 radələrində Yasamal rayonunun Məhəmməd Naxçivani küçəsində lentə alınıb.
Kadrlarda 4-5 yaşlı uşağın hərəkətdə olan maşınların arasında motosiklet sürdüyü görünür.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, görüntülərə polis öz səlahiyyəti çərçivəsində hüquqi qiymət verəcək:

“Bu kimi hadisələrdə uşağın valideynləri günahkardır. Bu mənzərə nə məntiqə, nə də şüura sığan hərəkətdir. Bəzən elə hadisələrin şahidi olursan ki, şərh verməyə çətinlik çəkirsən”.

yeniavaz.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}