Bakıda Q.NET rəhbərinin bahalı saatını işçisi necə oğurlayıb? - “Məni sillə ilə vurdu...”


Bir qədər sonra şirkət rəhbəri ondan niyə oğurluq etdiyini soruşub. O da oğurluq etmədiyini bildirib. "Şirkət rəhbəri saatının, daha sonra isə Nicatın, Qabilin və Kənanın pul kisələrinin kim tərəfindən oğurlandığını soruşdu. Əvvəlcə pul kisələrinin kim tərəfindən oğurlanmasından xəbərimin olmadığını, saatı isə sadəcə olaraq tapdığımı bildirdim. Həmin vaxt orada bizdən başqa Seyid, Murad və Rafiq də var idi".

Yaşar şirkət rəhbərinə saatı oğurladığını dedikdən sonra Fuad onun sifətinə şillə vurub. Bundan sonra onu işdən çıxarıblar və polisə şikayət ediblər.

Yaşar 44 günlük Vətən müharibəsinin iştirakçısı olmasını, "Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunduğunu bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib. 

Məhkəmənin qərarı ilə onun Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, "QuestNet” Ltd. Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Namiq Abbasov Elmas oğludur.\\Qaynarinfo



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}