Bakıda zəncirvari qəza: ölənlər və yaralananlar var - FOTO


Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Sozcu.info APA-ya istinadən bildirir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı maşının sürücüsü sükana nəzarəti itirirərək əks yola çıxıb.

O, əvvəlcə "Lada Granta" markalı daha sonra "Mercedes" markalı maşına çırpılıb.

Qəza nəticəsində iki nəfərin öldüyü, üç nəfərin xəsarət aldığı bildirilir.

Hazırda Ziya Bünyadov prospektində tıxac yaranıb.

Məqaləyə dair fotomateriallar:




Oxşar Xəbərlər

Xəbər lenti