İranda axır çərşənbədə ölənlər oldu, yaralılar var


Sozcu.info “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İranda axır çərşənbənin – “çaharşənbə suri”nin keçirilməsinə hazırlıq  zamanı Tehran başda olmaqla,Təbriz, Həmədan, Urmiyə və Qəzvin şəhərlərində ümumilkdə 15 nəfər həlak olub, 353 nəfər yaralanıb. 49 nəfər xəstəxanaya aparılıb, onlardan 6-nın vəziyyəti ağırdır.

Bu barədə İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfər məlumat verib.

Qeyd edək ki, İranda əvvəlki illərdə də ilaxır çərşənbəsində alışqan maddələrin partlaması nəticəsində insan ölümləri baş verib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}