21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İRAN AZƏRBAYCANI AÇIQ MÜDAFİƏDƏN NİYƏ ÇƏKİNİR?
–Rəsmi Tehran Türkiyə-Azərbaycan ittifaqından narahat olmamalıdır - TƏHLİL
Mustafa CANER,
Sakarya Universitetinin Orta Şərq Araşdırmaları Mərkəzində İran üzrə mütəxəss
“Anadolu” İA, Türkiyə
27 sentyabrda Ermənistanın həyata keçirdiyi hücum və ardınca başlayan toqquşmalar təqribən 30 ildir davam edən Qarabağ və ətraf ərazilərin işğalı məsələsini yeni bir səviyyəyə qaldırıb.
Bu prosesdə Azərbyacanın Füzuli və Cəbrayıl rayonlarını azad etmək kimi önəmli uğurları olduğu halda, işğalı davam etdirməkdə israr edən zəif Ermənistanın ehtiyac duyduğu xarici dəstək də önəmli bir amil olaraq qarşımıza çıxmış durumdadır.
Rusiya, Ermənistan Baş naziri Nikol Paşinyanla “qan uyuşmazlığı” yaşamasına baxmayaraq, bölgənin Azərbaycan tərəfindən tamamilə azad edilməsini arzulamadığını hərbi təchizat dəstəyi verməsilə göstərdi
. Lakin Moskva bu müddətdə faktiki hərbi müdaxilə etməkdən qaçdı.
Əlbəttə,
Rusiyanın problemə aktiv tərəf olmasını əngəlləyən bir sıra səbəblər vardır.
Məsələn,
Ermənistanın mütəmadi olaraq Azərbaycan şəhərlərini hədəfə almasına rəğmən, Azərbaycan ordusunun buna bənzər bir fəaliyyətdən yayınması Rusiyanın KTMT çərçivəsində faktiki müdaxiləsini indiyədək önləmişdir. Burada Moskvanın dəstək vermədiyi halda, Yerevana yaşana biləcəklərin göstərilərək “tərbiyəetmə” yoluna getdiyi də söylənə bilər.
Rusiyanın tutumu ilə birlikdə,
rus təchizatının Ermənistana çatdırılması marşurutunda kilid rol oynayan İranın bu güc balansındakı mövqeyi də son dərəcə önəmlidir.
Tehranın Qarabağ məsələsilə bağlı yaşadığı böhranın anlaşıla bilməsi üçün İranın daxili və xarici siyasət balanslarının birlikdə oxunması və əlbəttə, geopolitik şərtlərin diqtə etdiyi siyasi mövqelərin də nəzərə alınması şərtdir.
Tehran bölgənin önəmli aktyorlarının başında gəlir və Azərbaycan, Ermənistan və Türkiyə ilə qonşu olduğuna görə də Qarabağ məsələsi İranı birbaşa maraqlandırır.
Digər tərəfdən, İran-Rusiya əlaqələri də bu balansın önəmli ünsürlərindən biri sayıla bilər.
İranın Qafqaz siyasəti
Əslində, Qarabağ probleminin başlanğıcından bu yana İranın mövqeyi, demək olar ki, dəyişməyib. Bu mövqe “tərəfsizlik” və “vasitəçilik” anlayışları ətrafında formalaşıb
.
İranın xarici siyasətində Qafqazın Orta Şərq qədər yer tutmadığı bir həqiqətdir. Tehran üçün bu bölgə heç bir zaman Suriya və ya İraq qədər önəm kəsb etməyib.
Bu durumun səbəbləri arasında ABŞ və sanksiyaların təzyiqinin Tehranın xarici siyasət açılımlarını məhdudlaşdırmasını və Rusiyanın bölgədəki nüfuzunu qeyd etmək olar.
Bütün bunlarla birlikdə, bu torpaqlar XIX əsrin əvvəllərinədək bugünkü Gürcüstanın cənubu ilə Ermənistan və Azərbaycan torpaqlarını əlində tutan İranın tarixi və mədəni yaddaşı baxımından önəmsiz hesab edilə bilməz. SSRİ-nin dağılmasından sonra bölgədə yaranan güc boşluğu İranın da artıq Qafqaza yönələ biləcəyi anlamına gəlmiş və dövrün
Rəfsəncani
hökuməti 1990-cı illərin əvvəllərində müxtəlif təşəbbüslər göstərərək, bu yöndə addımlar atmışdır. Əlbəttə, Xəzər dənizinin ticarət baxımından strateji önəm daşıması və orada yer alan enerji mənbələri də İranın bölgəyə yönəlik marağını bəsləmişdir.
Qarabağ və ətrafındakı 7 rayonun işğalına da İran bu çərçivədə yanaşmış, vasitəçilik fəaliyyətlərilə öz təsirini artırmağa çalışmış, bu səbəblə, Ermənistanı və ya Azərbaycanı açıq dəstəkləməkdən imtina etmişdir
.
İran bölgədə sabitliyin pozulmasının və ehtimal olunan sərhəd dəyişikliklərinin Xəzərdəki hesablarına mənfi təsir edəcəyini və əlbəttə, öz sərhəd təhlükəsizliyini təhdid edəcəyini düşünmüşdür. Bu çərçivədə,
İranın yanaşmasına “real politik” və praqmatik hesabların yön verdiyi söylənə bilər. Əks təqdirdə, bütün digər hüquqi səbəblərə əlavə olaraq, İran məzhəb yaxınlığının da olduğu Azərbaycanın yanında olmalı idi
.
Tehran bölgədə güc balansının dəyişməsindən narahatdır
Yaxşı, bəs, İranın sözdə tərəfsiz olması reallığı nə qədər əks etdirir?
İran, şifahi şəkildə tərəfsiz olduğunu, beynəlxalq hüquqa riayət etdiyini və son günlərdə ölkə daxilində artan gərginliyin təsirilə də, Azərbaycanın ərazi bütövlüyünü nə qədər vurğulasa da,
döyüşlərin ilk günlərində Rusiyanın həm qurudan, həm də havadan Ermənistana dəstək verməsinə səs çıxarmadı.
Xəzər dənizi və ardınca Bəndər Ənzəli-Norduz sərhəd qapısı xəttindən Ermənistana hərbi təchizat çatdırılması həm daxildə, həm də xaricdə İrana yönəlik tənqidlərin artmasına səbəb oldu
. Xüsusilə
Təbriz, Ərdəbil və Tehran kimi şəhərlərdə İran türkləri etiraz nümayişləri keçirdilər. İran daxilində artan narazılıq, rəsmi şəxslərin açıqlamalarının tonu və məzmununa da təsir etdi
.
Etirazlardan sonra vəzifəli şəxslər daha açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiklərini söylədilər, Norduz sərhəd qapısından artıq təchizatın keçmədiyinə dair proqramlar yayıldı və Ali dini lider Seyid Əli Xamnəinin Təbriz, Ərdəbil, Zəncan və Urmiyə vilayətlərindəki təmsilçiləri Qarabağın Azərbaycan və islam torpağı olduğuna dair bir bəyanat yaydılar.
Çox keçmədən,
bu bəyanatı yayanlar ölkə daxilində sərt şəkildə tənqid edilməyə başlandı və müxtəlif KİV-lərdə İranın milli maraqlarına ən uyğun olan mövqenin Ermənistana dəstək vermək, ya da, ən azı, tərəfsizliyi qoruyub saxlamaq olduğu haqqında yazılar yazıldı. Yəni, İranın daxili ictimai rəyi də rəsmi şəxslərin yaşadığı dilemmanı yaşamaqdadır
.
Tənqidlərin öndə gələn əsasları arasında
Türkiyənin bölgədə artan təsiri
nin yer alması da gözdən qaçmır.
Türkiyə-Azərbaycan birliyi bölgədəki balansı yenidən qurma potensialı daşıdığından İranı qayğıya sövq edir
. Bu durum həmin KİV-lərdə açıqca ifadə edilməklə qalmadı, üstəlik, Türkiyənin Suriyadan
“cihadçı”
qrupları Qarabağa savaşmağa göndərməsi kimi əsassız iddialar da İran mediasında sıxlıqla yer aldı.
Heç bir sübutu olmayan bu iddianın, ad çəkilmədən, İran Prezidenti Ruhani tərəfindən də gündəliyə gətirilməsi İranın Türkiyənin bölgədə artan rolundan duyduğu narahatlığın ən açıq ifadəsidir.
İranın manevr sahəsi məhduddur
İranın sərhəd qapılarından və hava sahəsindən Ermənistana yardımın getməsinə razılıq verilməsi, əslində, Tehranın çox da könüllü olduğu bir məsələ olaraq oxunmamalıdır.
Hazırda İranın Rusiyaya “xeyr” demək imkanı yoxdur
. İran, BMT TŞ tərəfindən müzakirə olunan beynəlxalq silah embarqosu və nüvə sahəsindəki fəaliyyətlərilə bağlı geri gətirilməsi təklif edilən sanksiyalar (snapback sanctions) məsələsində Rusiyanın veto hüququndan asılı durumdadır. Başqa sözlə,
İran, ABŞ-ın BMT vasitəsilə etdiyi təzyiqi Rusiya ilə balanslaşdırmaqdadır.
Digər tərəfdən,
İran, özü üçün həyati önəm kəsb edən Əsəd rejiminin yıxılmaması üçün də Rusiyanın hərbi varlığından asılı durumdadır
. 2015-ci ildən bu yana faktiki Suriyada olan Rusiya meydanda ipləri elə əlinə alıb ki, İranın Suriyadakı gücündən istifadə imkanı kifayət qədər məhdudlaşdırılmış durumdadır.
İranın hərbi anlaşmalar və silah alması səbəbilə də Rusiya ilə əlaqələrini pozmağı gözə ala bilmədiyi söylənə bilər.
Durum belə olunca,
İran xaricdən Rusiya, daxildən də türk əhalisinin təzyiqi arasında sıxışıb qalmışdır
.
Yeganə çıxış yolunun İranın çevik bir ictimaiyyətlə əlaqələr praktikasından istifadə edərək, bu prosesi ötüşdürməsi olduğu anlaşılır.
İrandakı erməni varlığının bu ölkənin Ermənistan siyasətinə təsir etdiyi nəzərə alınmaqla birlikdə,
İran əhalisinin, ən azı, 40%-ini türklərin təşkil etdiyi də gözdən qaçırılmamalıdır
.
Beynəlxalq hüquq baxımından Azərbaycan haqlı olsa da, İran Ermənistanı qarşısına almamağa çalışır.
ABŞ və Fransada önəmli nüfuzu olan erməni diasporası ilə əlaqələrini yaxşı saxlaması da İran üçün son dərəcə önəmlidir
. Erməni lobbisinin bu ölkələrin siyasətinə olan təsirləri məlumdur. Bu səbəblə, Tehran, başda sanksiyalar olmaqla, müxtəlif xarici təzyiqlərə qarşı erməni lobbisini özünə meydan açacaq bir mexanizm olaraq görür.
Ayrıca,
İranda yaşayan təqribən 200 min erməni
nin də Tehran üçün addımlarını atarkən diqqət etməli olduğu digər bir səbəb olması da gözdən qaçırılmamalıdır. Bu kəsimin xüsusilə ticarət fəaliyyətilə məşğul olması onların İran iqtisadiyyatı baxımından da önəmli olduqlarını göstərir.
Tehran Ermənistan və erməni əhalisilə bağlı daima həssas olmuşdur. Hətta İsfahan şəhərində qondarma “erməni soyqırımı” abidəsi belə vardır
.
Qeyd edildiyi kimi, İrandakı erməni varlığının bu ölkənin Ermənistan siyasətinə təsir etdiyi nəzərə alınmaqla birlikdə,
İran əhalisinin, ən azı, 40%-ini türklərin təşkil etdiyi də gözdən qaçırılmamalıdır. Türklər İranın köklü ünsürüdür. İranda, ən azı, 35 milyon adam türkcə danışmaqdadır. Və Qarabağda gedən döyüşlər İran türklərinə duyğusal olaraq ciddi şəkildə təsir etməkdədir. Azərbaycan və İran türkləri arasında sıx mədəni və tarixi bağlar mövcuddur. Sərhəddə yaxın bölgələrdə bu bağlara qohumluq bağları da əlavə olunmaqdadır. İran hakimiyyəti üçün bu nöqtədə balansı tapmaq çox önəmlidir.
Bir yandan
Azərbaycan və İran türklərinin ehtimal olunan – mümkün siyasi birliyi
nin əngəllənməsi hədəflənərkən (ayırma), digər yandan artan narazılıq qarşısında Tehranın Azərbaycan türklərilə yaxınlığı və onlara dəstəyi vurğulanmaqdadır (birləşdirmə).
İlk baxışda təzadlı görünən bu ikili yanaşma, əslində, həm İranın diplomatik çevikliyini, həm də problemə, bu çeviklik istisna olmaqla, təsir edə biləcək vasitələrdən məhrum olduğunu gözlər önünə sərməkdədir.
Tərcümə Strateq.az-ındır
Oxşar Xəbərlər
Ərdoğan Qarabağla bağlı dünyaya səsləndi
İşğaldan azad edilən ərazilər
MOSKVA VƏ ANKARA QAFQAZDA DA ORTAQLIQ QURA BİLƏCƏKLƏRMİ?
"Qarabağ tribunası" Rusiyanın Qarabağ münaqişəsində destruktiv rolunu pisləyir
Xəbər lenti
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
Safurə 4-cü dəfə ana olacaq -
Foto
Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanat
-Əli Babayev
Müharibədən sonra Rusiyanın taleyi necə olacaq?
-Xəqani Cəfərli yazır
Bu ərazilərdə işıq olmayacaq
ABŞ ordusu Hörmüzdən onlarla gəmi keçirir
İlham Əliyev:
Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Neft bazarında böyük həyəcan: Qiymət birdən-birə 3 dollar...
Zibil qabını qətiyyən bu 5 yerə qoymayın
Aİ Rus hərbçilərinə viza verilməsini məhdudlaşdırır
Növbəti 3 günlə bağlı
Xəbərlər
Prezident onlara qonaq getdi -
Fotolar
İlham Əliyev:
Xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
İlham Əliyev:
Bütün Azərbaycan xalqı üçün bayramdır
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
“WhatsApp” sizə bildiriş göndərəcək:
Doğum günlərini...
Dəhşətli təyyarə qəzası: ölənlər var
Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR
Maşın almaq istəyənlərə VACİB XƏBƏR
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ
SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır -
Tarix AÇIQLANDI
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
Balakəndə qəbiristanlıq su altında qaldı -
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
PRİZMA
Aİ Rus hərbçilərinə viza verilməsini məhdudlaşdırır
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bu ərazilərdə işıq olmayacaq
Zibil qabını qətiyyən bu 5 yerə qoymayın
Növbəti 3 günlə bağlı
Xəbərlər
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ