Dünən, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
Belçikada yaşayan azərbaycanlı itkin düşüb.
1989-cu il təvəllüdlü Məmmədov Nizami İbrahim oğlu Brüssel şəhərində yaşayıb. O, sonuncu dəfə 5 gün əvvəl-mayın 8-də şəhər kənarında yerləşən klinika ərazisində görülüb.
İtkin şəxsin bacısı Sevil Abbasova APA-ya bildirib ki, qardaşı bir müddət əvvəl avtomobil qəzasında kəllə-beyin travması alıb, yaddaş itkisi və oruentasiya pozğunluğundan əziyyət çəkir.
Nizami Məmmədovun itkin düşməsi ilə bağlı Azərbaycanın Belçikadakı səfirliyinə və polisə məlumat verilib.
Onu görən şəxslərdən +994 55 757 69 23 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur./APA