Azərbaycanda orta məktəb binasında yanğın - FOTO


Mingəçevir şəhər 17 nömrəli tam orta məktəbin binasında yanğın olub.

Yanğın təhsil ocağının istifadə edilməyən korpusunda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (FHN DYMX) Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, alovun ətrafa yayılmasının qarşısı alınıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

 

 

 

 

Report.Az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}