16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Pakistan İranla sərhəddə terror qruplaşmanın hücumu nəticəsində iki sərhədçisinin öldürüldüyünü açıqlayıb.
Sozcu.info xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin media orqanı məlumat yayıb.
Bildirilib ki, hadisə Bəlucistan əyalətinin cənub-qərbindəki Keç bölgəsində baş verib.
“Bir qrup terrorçu Pakistan-İran sərhədi boyunca fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin postunu atəşə tutub. Terrorçulara qarşı effektiv tədbir görülməsi üçün İran tərəfi ilə lazımi əlaqə qurulur”, - məlumatda qeyd olunub. (APA)