23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şəhid övladları ilə bağlı təsirli video paylaşılıb.
Sozcu.info xəbər verir ki, bu gün 44 günlük Vətən müharibəsində şəhid olmuş Sadiq Məmmədovun övladları - 7 yaşlı Əsnad Məmmədli və 5 yaşlı Bahar Məmmədli atalarının məzarını ziyarət ediblər.
Uşaqlar atalarının məzarının üzərində hədiyələrlə qarşılaşıb və bu da onların sevincinə səbəb olub. Şəhidin həyat yoldaşı Mahpəri Məmmədova 1 İyun uşaqlar günü ilə bağlı "Atanız hədiyələri sizin üçün alıb” başlığı ilə video paylaşıb.
Qeyd edək ki, Sadiq Məmmədli 15 avqust 1991-ci ildə Siyəzən şəhərində anadan olub. 1998-ci ildə Siyəzən şəhər 2 saylı tam orta məktəbin birinci sinfinə gedib. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib.
Həmin ilin oktyabr ayında hərbi xidmətə gedib. 2013-cü ildə ailə həyatı qurub. 2 qız övladı var. 2016-cı ildə hərbi silah anbarında mühafizəçi işləyib. 2012-ci ildə SOCAR YDM-da operator işləyib. 2020-ci ildə müddətdən artıq hərbi xidmətə gedib. 4 oktyabr 2020-ci ildə şəhid olub. Siyəzən şəhər ümumi qəbiristanlığında dəfn olunub.
Qaynarinfo.Az